Gəncə sakinindən 8 kq narkotik götürülüb

Gəncə sakinindən 8 kq narkotik götürülüb
  11 Yanvar 2022    Oxunub:874
Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Arzu Kərimov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzVision.az -a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilib. Saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə baxış keçirilib və oradan parça torbada ümumi çəkisi 8 kiloqram 350 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb

İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəhər səhər sakini Turac İbrahimovun üzərindən qanunsuz yolla əldə edib saxladığı narkotik maddə olan heroin aşkarlanıb. Uzun müddət narkotik vasitə istifadəçisi olduğunu bildirən İbrahimovun yaşadığı evə baxış keçirilən zaman isə yardımçı tikilidən isə külli miqdarda heroin aşkar edilib.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlar üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: Narkotik  





Xəbər lenti