Qarabağdakı Rusiya sülhməramlılarının komandanı dəyişir

  Qarabağdakı Rusiya sülhməramlılarının komandanı dəyişir
  11 Yanvar 2022    Oxunub:1219
Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinə general-mayor Andrey Volkov rəhbərlik edəcək.
AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, komandanın dəyişdirilməsi planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir, artıq təhvil-təslim proseduruna başlanılıb.

General-mayor Volkov sülhməramlılara general-leytenant Rüstəm Muradovun rəhbərlik etdiyi 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına kimi kontingentin komandirinin müavini olub. Hazırda o, Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsin
radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarnın rəisidir.

Xatırladaq ki, 2021-ci ilin sentyabrından Dağlıq Qarabağdakı sülhməramlı kontingentin komandanı vəzifəsini Rusiya qəhrəmanı, general-leytenant Gennadi Anaşkin tutur.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qarabağ   Sülhməramlı  



Xəbər lenti