150 ölkənin sərnişinlərinin Honkonqdan keçməsi qadağan ediləcək
Agentliyin məlumatına görə, məhdudiyyət diplomatlara, hökümət məmurlarına, həmçinin fevralın 4-də Pekində başlayacaq qış olimpiya oyunlarında iştirak edən idmançılara və işçi heyətə aid olmayacaq.
Daha əvvəl yerli idarəetmə orqanının rəhbəri Kerri Lam bildirmişdi ki, yanvarın 14-dən Honkonqda uşaq bağçaları və ibtidai məktəblərdə tədris koronavirusun yayılması təhlükəsinin qarşısını almaq üçün dayandırılacaq. Lam həmçinin peyvənd proqramının 5 yaşdan 10 yaşa qədər olan uşaqlara da aid edilməsini bildirmişdi.
Hazırda ÇXR-ın bu xüsusi inzibati rayonunda “Omikron” ştammı sürətlə yayılır. Həkimlər virusun ötürülmə zəncirini qırmaq üçün yoluxanların əlaqələrini və yerdəşmələrini izləyirlər.
Yanvarın 7-dən etibarən hakimiyyətin əmri ilə meqapolisdə idman, mədəniyyət və əyləncə obyektləri 2 həftəlik bağlanıb. Restoranlara saat 18:00-dan sonra yalnız çatdırılma üsulu ilə işləməyə icazə verilib. Bu tədbir Honqkonqda keçən ilin yayından bəri ilk dəfə qəbul edilib.
İbrahim Məmmədov
AzVision.az
Teqlər: Koronavirus







Vaxtında, Aydın, Lazımlı!


