Ötən il yeniyetmələrə tütün satan 270 şəxs cərimələnib

Ötən il yeniyetmələrə tütün satan 270 şəxs cərimələnib
  11 Yanvar 2022    Oxunub:700
Ötən il yetkinlik yaşına çatmayanlara tütün satan 270 şəxs cərimələnib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, ümumilikdə, 2021-ci il ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3 422, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 270 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.

Tətbiq edilmiş cərimələr 133 140 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

AzVision.az


Teqlər: Tütün  



Xəbər lenti