Nazirliklər nəzarət altında olacaq

Nazirliklər nəzarət altında olacaq
  03 Aprel 2013    Oxunub:1275
Nazirliklərə nəzarət “İctimai iştirakçılıq haqqında” qanun layihəsi əsasında həyata keçiriləcək
Milli Məclisin aprelin 5-də keçiriləcək iclasının gündəliyinə “İctimai iştirakçılıq haqqında” qanun layihəsi daxil edilib. Modern.az saytının xəbərinə görə, aprelin 5-də keçiriləcək plenar iclasda deputatlar gündəliyə daxil edilmiş qanun layihəsi ilə bağlı müzakirələr aparacaqlar.

“İctimai iştirakçılıq haqqında" qanun layihinə əsasən, dövlət orqanlarının fəaliyyətinə ictimaiyyətin nəzarəti təmin etmək üçün icra strukturları yanında İctimai şuralar yaradılır. Bu şuralar dövlət qurumlarının fəaliyyətinə nəzarəti həyata keçirəcək, rəy və təkliflərlə çıxış edəcək. İctimai Şuranın tərkibi könüllülərdən təşkil olunacaq.

Mili Məclis aprelin 5-də həmçinin bir sıra digər məsələləri də müzakirə edəcək. Bunlar aşağıdakı sənədlərdir:

1. Hesablama Palatasının hesabatı haqqında;
2. "İnzibati Xətalar Məcələsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi;
3. “Yol hərəkəti haqqında" qanununda dəyişikliklər edilməsinə dair qanun layihəsi;
4. "Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi;
5. “Diplomatik xidmət haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi.


Teqlər:  





Xəbər lenti