Cəbrayıla icazəsiz keçmək istəyən 4 nəfər həbs edildi
Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisinə nəzarət postlarından kənar yollarla və müvafiq icazəsi olmadan keçən 4 nəfər saxlanılıb.
Araşdırmalarla onların Goranboy rayon sakinləri - H.Məmmədov, Ə.Məmmədov, Ə.Vəlisoy və Ə.Abdullayev olduqları müəyyən edilib.
Xəbərdarlıqlara baxmayaraq minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olduqlarına görə həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə onların hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


