Tanışı 45 yaşlı kişini bıçaqlayıb öldürdü

Tanışı 45 yaşlı kişini bıçaqlayıb öldürdü
  12 Yanvar 2022    Oxunub:929
Sumqayıtda 45 yaşlı kişi tanışı tərəfindən öldürülüb.
Şəhər prokurorluğundan AzVision.az - a verilən məlumata görə, yanvarın 11-də Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Rövşən Musayevin öldürülməsi barədə məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişlərin tanışı 1975-ci il təvəllüdlü Rüfət Məmmədovun Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla Rövşən Musayevə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Rüfət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti