Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu
  12 Yanvar 2022    Oxunub:909
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib .
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, Nərimanov rayonunun Baksol yolunda müəyyən edilməmiş avtomobillə yolu keçən Lənkəran rayon sakini Fəzail İbrahimov vurulub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Daf” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin avtomobilin sürücüsü, Şəki rayon sakini R.Məmmədov saxlanılıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti