Bu barədə
AzVision.az -a Xidmətdən bildirilib. Məlumata görə, görüşdə səhiyyə turizminin inkişaf etdirilməsi məqsədilə xarici ölkə vətəndaşlarına göstərilən tibbi xidmətlərin ƏDV-yə sıfır faiz dərəcəsi ilə cəlb olunması, klinika və həkimlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsinin mövcud vəziyyəti və perspektivi, əmək haqlarının “ağarması” fonunda artacaq sosial sığorta yükünün optimallaşdırılması və tibbi xidmətlərin göstərilməsinə cəlb olunmuş əcnəbi həkimlərin sosial sığorta haqlarından azad edilməsi ilə bağlı təkliflər ətrafında geniş müzakirələr aparılıb.
Görüşdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib, tibb xidmətləri ilə bağlı Vergi Məcəlləsində edilmiş dəyişikliklər diqqətə çatdırılıb, sahibkarlar tərəfindən verilən təkliflərin diqqətdə saxlanılacağı və belə görüşlərin davamlı olacağı bildirilib.
AzVision.az