Postkovid menyusu: Sağaldıqdan sonra nə yeməli?

   Postkovid menyusu:   Sağaldıqdan sonra nə yeməli?
  12 Yanvar 2022    Oxunub:1496
Xəstəlikdən sağalandan sonra normal qidalanma bərpa prosesində mühüm rol oynayır. Xüsusən də pandemiya dövründə koronavirusdan sağalanlar qida rasionuna diqqət ayırmalıdırlar.
AzVision.az xəbər verir ki, Rusiyanın "Rospotrebnadzor" Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin eksperti Marqarita Provotorova mediaya bu mövzuda mühüm tövsiyələrini bölüşüb.

Onun sözlərinə görə, menyuya tam taxıl mənşəli, paxlalı yeməklər əlavə edilməlidir. Bunlar B vitaminləri və pəhriz lifi ilə zəngindir. Ona görə də həmin qidalar bədəni lazımi enerji ilə təmin edir və həzm sistemini də normallaşdırır.

- Paxlalılar reabilitasiya üçün çox faydalıdır. Xüsusilə də noxud, mərcimək və lobya öndə gedir. Bu qidalar orqanizm tərəfindən asanlıqla mənimsənilən bitki zülalı, mis və sink mənbəyi sayılır.
Bundan əlavə, pəhrizə tərəvəz, meyvə və giləmeyvələr, süd məhsulları, balıq, müxtəlif yağlar və qoz-fındıq da əlavə edilməlidir,-məqalədəyazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti