İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi hesabat verdi
Daxil olan müraciətlərin 11 937-si müayinə və müalicə, 7 289-u əlillik məsələləri, 2 490-ı işə qəbul və əmək münasibətləri, 1 506-sı COVID-19, 897-si dərman vasitələri və tibbi sərflə təminat, 1254-ü isə digər məsələlərlə bağlı mövzuları əhatə edib. 21 775 müraciət cavablandırılıb, digərləri isə icradadır.
Habelə Agentliyin sosial şəbəkələrdəki səhifələrinə ötən il ərzində 26 390 sorğu daxil olub. Sosial şəbəkələrdəki vətəndaşları ən çox maraqlandıran mövzular ailə həkimi seçimi, Xidmətlər Zərfinə daxil olan və olmayan əməliyyatlar, icbari tibbi sığorta haqqı, göndəriş vərəqəsinin verilməsi qaydası, vaksinasiya üçün onlayn növbə xidmətindən istifadə və peyvənd, immunitet, əks göstəriş sertifikatlarının əldə edilməsi qaydası və s. olub.
Qeyd edilən müddət ərzində 5916 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən əlillik dərəcəsinin təyin edilməsi, icbari tibbi sığortanın tətbiqi, işə qəbul və əmək münasibətləri, müayinə-müalicə, cərrahiyə əməliyyat, COVID-19 və s. məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib. Məlumat üçün bildirək ki, vətəndaş qəbulu ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun keçirilib.
AzVision.az
Teqlər: Tibbi-Sığorta