Dövlətin verdiyi ipotekanın məbləği 2 milyardı ötüb

Dövlətin verdiyi ipotekanın məbləği 2 milyardı ötüb
  13 Yanvar 2022    Oxunub:693
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 36 817 borcalana 2 milyard 000,168 milyon manat kredit verib.
AzVision.az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir. Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 262,633 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 301 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Qeyd edək ki, Kirayə mənzil mexanizmindən faydalanan şəxslərin orta yaş göstəricisi 35 olmaqla, 70 %-dən çoxunu gənclər və gənc ailələr təşkil edib.

Eyni zamanda, əhali üçün kirayə mənzil mexanizmindən istifadənin daha da asanlaşdırılması və əlçatanlığının artırılması məqsədi ilə cari il ərzində proseslər bir qədər də sadələşdirilib, gəlirlərin qiymətləndirilməsi şərtləri daha da yumşaldılıb, habelə sabit vergi ödəyicilərinə də mexanizm vasitəsi ilə mənzil sahibi olmaq imkanı yaradılıb.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

AzVision.az



Teqlər: Kredit  





Xəbər lenti