Azərbaycan-Litva biznes forumu keçiriləcək

Azərbaycan-Litva biznes forumu keçiriləcək
  03 Aprel 2013    Oxunub:1074
Tədbirdə Litva sahibkarları və Klaypeda Azad İqtisadi Zonasının nümayəndələri iştirak edəcəklər.
Aprelin 9-da İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Litva biznes forumu keçiriləcək. Bu barədə Fondun mətbuat xidməti məlumat yayıb.

Tədbirdə təhsil, tikinti, maliyyə, İKT, bərpa olunan enerji, ətraf mühitin mühafizəsi, suyun təmizlənməsi, avtomobil daşımaları, logistika, ticarət üçün avadanlıq istehsalı, avtomobil hissələrinin satışı və digər sektorları təmsil edən Litva sahibkarları, həmçinin Klaypeda Azad İqtisadi Zonasının nümayəndələri iştirak edəcəklər.

Biznes forum saat 10:30-dan etibarən Bakı Biznes Mərkəzində keçiriləcək.


Teqlər:





Xəbər lenti