Ermənistanda "Hayastan" fondu müəmması

 Ermənistanda "Hayastan" fondu müəmması
  14 Yanvar 2022    Oxunub:801
Ermənistanın Əmək və Sosial Müdafiə Nazirliyi 44 günlük müharibə zamanı "Hayastan" Ümumerməni Fondundan birbaşa maliyyə almayıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Saytlar keçmiş nazir Mesrop Arakelyana istinad ediblər. O, fondun vəsaitlərindən istifadənin səmərəliliyinin araşdırılması üzrə komissiyanın iclasında bildirib ki, "Hayastan"ın konkret pul göndərməsi real məsələ deyil.

- Sosial proqramlar müstəsna olaraq yenidən bölüşdürülən büdcə vəsaitləri, həmçinin ehtiyat fondu hesabına həyata keçirilirdi”, - deyə sabiq nazir bildirib.

Qeyd edək ki, bir müddət öncə, Arekelyandan əvvəl bu vəzifədə çalışmış əmək və sosial məsələlər naziri Zaruhi Batoyan bildirmişdi ki, müharibə zamanı özəl sektor və xeyriyyə təşkilatları hesabına 90 minə yaxın Qarabağ ermənisinə yardım göstərilib.

Xatırladaq ki, 2021-ci il oktyabrın 23-də Ermənistan Milli Assambleyasının müxalifət fraksiyaları Dağlıq Qarabağda 44 günlük müharibə zamanı “Hayastan” ümumerməni fondunun topladığı vəsaitin istifadəsini öyrənmək üçün komissiya yaradıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti