Dələduzluq edən saxta prokuror həbs olundu
Məlumata görə, istintaqla Tural Abasovun ayrı-ayrı vətəndaşlara özünü qeyd edilən ixtisaslaşdırılmış prokurorluq orqanının əməkdaşı kimi təqdim etməklə guya məhkəmə sistemi, mərkəzi icra hakimiyyəti orqanları və digər bu kimi dövlət qurumlarının yuxarı vəzifəli şəxsləri ilə olan yaxın əlaqələrindən istifadə edərək onların məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmiş yaxınlarının azadlığa buraxılması, cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, habelə xəstəliyə və aztəminatlılığa görə müavinət təyin edilməsinə köməklik göstərilməsi adı altında həmin şəxslərə məxsus ümumilikdə 50 min 800 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, bu qanunsuz hərəkətləri ilə vətəndaşları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlarla Tural Abasova Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4,312.2-ci (təkrar rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
AzVision.az
Teqlər: Prokurorluq