Prezident: "Azərbaycanda Ukrayna xalqının mədəniyyətinə çox böyük hörmət var"

      Prezident:    "Azərbaycanda Ukrayna xalqının mədəniyyətinə çox böyük hörmət var"
  14 Yanvar 2022    Oxunub:227
"Xalqlarımızı dostuq əlaqələri birləşdirir və bildiyiniz kimi, Azərbaycanda Ukrayna xalqının mədəniyyətinə çox böyük maraq və böyük hörmət var".
AzVision.az xəbər verir ki, görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Kiyevdə Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.

"Bu hörmətin əlamətini Bakı şəhərində də görmək olar. Bakının mərkəzi yerlərinin birində böyük Ukrayna oğlu Taras Şevçenkonun abidəsi bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə ucaldılmışdır və onun adına olan parkda həm Bakı sakinləri, həm şəhərimizin qonaqları istirahət edirlər. Eyni zamanda, Bakının ən böyük meydanlarının biri Ukrayna adını daşıyır. Yəni, bu faktlar özlüyündə onu göstərir ki, xalqlarımız arasında əlaqələrin böyük tarixi var və biz bu əlaqələri qoruyuruq", - dövlət başçısı qeyd edib.

AzVision.az

Teqlər:







Xəbər lenti