Gəncədə avtoxuliqan həbs olunub

Gəncədə avtoxuliqan həbs olunub
  15 Yanvar 2022    Oxunub:904
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, şəhər sakini Məhəmməd Baxşıyev idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununlada ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.

Bundan başqa araşdırmalar zamanı həmin sürücünün şəhər ərazisində hələlik sahibi və dövlət qeydiyyat nişanı məlum olmayan “Niva” markalı avtomobil ilə şhər ərazisində yarış təşkil etməsi və beləliklə şəhər sakinləri üçün real təhlükə yaratması məlum olub. Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Məhəmməd Baxşıyev sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib. Hazırda digər yarış iştirakçısının kimliyinin müəyyən edilməsi istiqamətində zəruri-əməliyyat tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər: Gəncə  





Xəbər lenti