Əhali bir ildə ərzağa 24 milyard xərcləyib

   Əhali bir ildə ərzağa 24 milyard xərcləyib
  15 Yanvar 2022    Oxunub:516
2021-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq, o cümlədən 24 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.
Dövlət Statistika Komitəsindən AzVision.az -a bildirilib ki, 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz artım olub.

Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 54,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarına sərf olunub. Pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 367,8 manatlıq, o cümlədən 199,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları alıb.

AzVision.az

Teqlər: Ərzaq  







Xəbər lenti