Bakıda anbarda yanğın olub

Bakıda anbarda yanğın olub
  15 Yanvar 2022    Oxunub:850
Binə qəsəbəsində anbarda baş vermiş yanğın söndürülüb.
FHN-dən AzVision.az -a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. Əlavə məlumat veriləcək.

12:10

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeyri-yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

AzVision.az -ın FHN-in saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. İlkin məlumata əsasən, metal konstruksiyalardan ibarət anbarda təqribən 70 m² sahədə yanğın müşahidə olunur.

Əlavə məlumat veriləcək.

AzVision.az



Teqlər: Anbar  





Xəbər lenti