Tərtərdə qəzaya uğrayanlara kömək edən şəxsi elektrik vuraraq öldürüb - FOTO

Tərtərdə qəzaya uğrayanlara kömək edən şəxsi elektrik vuraraq öldürüb -    FOTO
  15 Yanvar 2022    Oxunub:435
Tərtərdə qəzaya uğrayan avtomobilə kömək etmə istəyən şəxsi cərəyan vuraraq öldürüb.
AzVision.az xəbər verir ki, hadisə rayonun Xoruzlu kəndi ərazisində baş verib.

Avtomobil idarə etməni itirərək elektrik dirəyinə çırpılıb. Bu zaman avtomobilin sürücünə və sərnişinlərə kömək etmək edən Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Quliyev Sənan Aslan oğlunu cərəyan vurub.

O, hadisə yerindəcə həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az

Teqlər: Qəza   Ölüm  







Xəbər lenti