DİN -dən Şamaxıda acınacaqlı vəziyyətdə qalan uşaqlarla bağlı Açıqlama

DİN -dən Şamaxıda acınacaqlı vəziyyətdə qalan uşaqlarla bağlı  Açıqlama
  16 Yanvar 2022    Oxunub:1980
Şamaxıda kəndlərin birində azyaşlı uşaqların acınacaqlı və köməksiz vəziyyətdə qalmasını əks etdirən görüntülər yayılıb.

AzVision.azxəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib:

“Anaları deyilənə görə, koronavirusa yoluxub, xəstəxanadadır. Kənd camaatı uşaqlara baxır, yemək verir. Şamaxı rayon İcra Hakimiyyəti yəqin ki, məlumatlıdır. Hə, yəni ancaq məlumatlıdır. Gözümüzlə gördüyümüz qədər həm uşaqların durumu, həm də hansı təhlükənin tam ortasında olduğunu görürük”.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, mayor Elşad Hacıyev bildirib ki, fakt nəzarətə götürülüb. Şamaxı RPŞ ilə əlaqələndirilib. Bütün zəruri tədbirlər görülür.

"Şamaxı Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi, eləcə də digər aidiyyəti qurumların əməkdaşları hazırda Şamaxı rayonu İkinci Çaylı kəndində uşaqların baxımsız vəziyyətdə yaşadıqları həmin ünvandadırlar.
İlkin olaraq orada yaşayan beş azyaşlı rayon ərazisində başqa bir şəraitli ünvanda yerləşdiriləcək və daha sonra onlarla bağlı müvafiq qərar qəbul ediləcək".
Eş Hacıyev əlavə edib ki, azyaşlıların anasının koronavirus insfeksiyasına yoluxduğu üçün xəstəxanada müalicə alması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir.

"Yəni o, COVID-19 virusuna yoluxmayıb. Məsələ ilə əlaqədar qadınla telefon əlaqəsi saxlanılıb və o, gələcəyini bildirib” - DİN-dən bildirilib.



AzVision.az



Teqlər:





Xəbər lenti