Putin gələn həftə Rəisi ilə danışıqlar aparacaq

   Putin gələn həftə Rəisi ilə danışıqlar aparacaq
  16 Yanvar 2022    Oxunub:844
Vladimir Putin gələn həftə Moskvada iranlı həmkarı İbrahim Rəisi ilə danışıqlar aparacaq.
AzVision.az xəbər verir ki, bu barədə "Rossiya 1" telekanalı mlumat yayıb.

Bundan əlavə, Rusiya prezidentinin Təhlükəsizlik Şurasının iclası, şəxsi görüşləri və beynəlxalq telefon danışıqları planlaşdırılıb.

Qeyd edək ki, noyabrın ortalarında Putin və Rəisi telefonla danışıblar. Liderlər uzunmüddətli əməkdaşlığa dair yeni sənədin hazırlanmasını, iri birgə investisiya layihələrinin həyata keçirilməsini, koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlığı, həmçinin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqları müzakirə ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti