BMT nümayəndəsinin meyiti Türkiyədə uçqun altından tapıldı

  BMT nümayəndəsinin meyiti Türkiyədə uçqun altından tapıldı
  16 Yanvar 2022    Oxunub:1048
BMT-nin əlaqələndirici üzvü, Kanada vətəndaşı Maykl Kriftin cəsədi xilasedicilər tərəfindən Türkiyənin Erciyes dağ-xizək kurortunda aşkar edilib. AzVision.az xəbər verir ki, bu barədə bazar günü “Hürriyyət” qəzeti məlumat yayıb.
“Axtarış-xilasetmə qrupları 2 nəfəri xilas edib, uçqun altında qalan 1 nəfərin axtarışları isə davam edib. Qrupların -25 dərəcədə apardığı axtarışlar zamanı uçqun altında qalan kişi meyiti aşkarlanıb. Ölən şəxsin Qaziantepdə BMT koordinasiya üzvü kimi çalışan Kanada vətəndaşı Maykl Krift olduğu öyrənilib",- qəzet yazıb.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti