Bu məşhur qidalar əqli zəiflik yaradır

Bu məşhur qidalar əqli zəiflik yaradır
  17 Yanvar 2022    Oxunub:1188
Elm adamları sübut ediblər ki, mütəmadi olaraq emal olunmuş ətlə (Kolbasa, "bekon" ət və s.) sendviçlər yeyən şəxslərdə əqli zəiflik daha erkən baş verir.
AzVision.az xəbər verir ki, Lids Universitetinin alimləri bu cür ət məhsullarından istehlakla demensiyanın inkişafı arasında əlaqəni aşkarlayıblar. Elmi araşdırmanın nəticələrinə görə, kolbasa sendviçlərini sevənlərdə Alzeymer xəstəliyi və beyin aterosklerozu ilə özünü göstərən demensiyanın inkişaf riski 44% daha çoxdur.

Belə qənaətə mütəxəssislər səkkiz il ərzində 40-69 yaşlı yarım milyona yaxın sağlam insan arasında apardıqları sorğu nəticəsində gəliblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Alim   Qida  





Xəbər lenti