Yuxusuzluğa səbəb olan məhsullar

Yuxusuzluğa səbəb olan məhsullar
  17 Yanvar 2022    Oxunub:1161
“Qızardılmış ət, pomidor, badımcan, konservlər, turşu, avokado və bəzi pendirlər yuxusuzluq yaradır”.
AzVision.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu diyetoloq Elena Kalen bildirib. Onun sözlərinə görə, bu qidalar bədəndə norepinefrinə (stress hormonu) çevrilən amin turşusu olan yüksək miqdarda tiranini ehtiva edə bilər:

“Onun qanda konsentrasiyası bütün stresli vəziyyətlərdə artır. Nəticədə həddindən artıq həyəcanlı olacağıq və gecələr yuxuya getməkdə çətinlik çəkəcəyik”. Diyetoloq yatmazdan əvvəl kərəviz və digər sidikqovucu qidalar yeməməyi də tövsiyə edib.

AzVision.az


Teqlər: Yuxu   Xəstəlik  





Xəbər lenti