Almatıya iğtişaşlardan dəyən zərərin miqdarı açıqlanıb

Almatıya iğtişaşlardan dəyən zərərin miqdarı açıqlanıb
  17 Yanvar 2022    Oxunub:1057
Almatıdakı iğtişaşlardan dəyən ziyan indiyədək 112 milyard tengeni (260 milyon dollar) ötüb.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” meriyanın məlumatlarına istinadən xəbər verir. Almatı şəhərinin icra başçısının müavini İlyas Userov bildirib ki, ən çox biznes zərər çəkib.

Qeyri-ərzaq mağazalarına 20,9 milyard tenge (46 000 dollar) ziyan dəyib. İnzibati binalara, maddi-texniki bazaya və nəqliyyat vasitələrinə də xeyli ziyan dəyib. İ. Userovun sözlərinə görə, dəymiş ziyanın qiymətləndirilməsi hələ də davam edir. Almatıda iğtişaşlar başlayandan indiyədək qanunsuz aksiyalarda, talanlarda və digər cinayətlərdə iştiraka görə 2601 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: Almatı  





Xəbər lenti