Ağ çörəyin gözlənilməz təhlükəsi

Ağ çörəyin gözlənilməz təhlükəsi
  17 Yanvar 2022    Oxunub:958
“Tərkibində trans yağlar və yüksək miqdarda şəkər olan qidalar qan təzyiqinə təsir edir, bu da öz növbəsində xolesterinin səviyyəsini və demans riskini artırır”.
AzVision.az xəbər verir ki, bunu “Moskva 24” telekanalına müsahibəsində diyetoloq Yelena Solomatina deyib. Onun sözlərinə görə, belə məhsullara “fast food” yeməkləri, kolbasa, bekon, ağ çörək daxildir. Belə ki, tərkibində artan şəkər konsentrasiyası mədəaltı vəziyə mənfi təsir göstərir, qan təzyiqi və xolesterin səviyyəsini artırır. Nəticədə bədəndə qan dövranına müdaxilə edən aterosklerotik lövhələr əmələ gəlir.

“Nəticədə təzyiq artır və bu, damarların divarlarını daha da zədələyir, müvafiq olaraq, damarlar məhv olur və beyinə oksigen, qlükoza daşıya bilmir. Beyin ac qalmağa başlayır, hüceyrələr əziyyət çəkib ölməyə başlayır və bunun fonunda demensiya inkişaf edir”.

AzVision.az


Teqlər: Çörək  





Xəbər lenti