Yenidən koronavirusa yoluxma riski beş dəfə artıb

   Yenidən koronavirusa yoluxma riski beş dəfə artıb
  17 Yanvar 2022    Oxunub:1334
“Koronavirusa təkrar yoluxma riski əvvəllər bir faizdən az idi, lakin "omikron" ilə bu, beş dəfəyə qədər artır”.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirlyinin məlumatında deyilir. Bildirilib ki, koronavirusun bu variantı ilə fəsadların inkişafı üç-dörd gün ərzində mümkündür.

Qeyd olunub ki, “omikron”un digər ştamlardan müəyyən fərqləri mövcuddur. Bunlar baş ağrısı, asqırma, yorğunluq və burun axmasıdır.

AzVision.az


Teqlər: COVID-19  





Xəbər lenti