Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub
  17 Yanvar 2022    Oxunub:553
Bakının Yasamal rayonunun Məhəmməd Xiyabani küçəsində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xəttində hərəkət edən avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az -a verilən məlumata görə, hadisə “Ətçilər bazarı” adlanan ərazidə baş verib. 99 JZ 710 DQN-li avtobus işıqfordan keçən zaman qırmızı işıqdan keçən "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb. Minik avtomobilin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti