Milli Qəhrəmanın anası vəfat etdi

    Milli Qəhrəmanın anası vəfat etdi
  18 Yanvar 2022    Oxunub:2228
Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ Müharibəsi şəhidi İsgəndər Aznaurovun anası Kamilə Mustafayeva 86 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə onun ailə üzviləri məlumat verib.

Qeyd edək ki, İ. Aznaurov axısqa türküdür. O, Özbəkistanın Buxara vilayətində anadan olub. Birinci Qarabağ Müharibəsində könüllü iştirak edərək 1993-cü il 18 apreldə Gədəbəydə gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti