Bu günə kimi Amnistiya Aktı 9263 nəfərə tətbiq edilib

   Bu günə kimi Amnistiya Aktı 9263 nəfərə tətbiq edilib
  18 Yanvar 2022    Oxunub:907
Azərbaycanda "8 Noyabr-Zəfər Günü münasibətilə elan edilən Amnistiya Aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb.
Bunu AzVision.az -ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.

O qeyd edib ki, bu günə kimi Amnistiya Aktı 9263 nəfərə tətbiq edilib: "Onlardan 4022-si Penitensiar, 5235-i Probasiya xidmətləri tərəfindən tətbiq edilib. Amnistiyanın tətbiqi nəticəsində 7529 nəfər ayrı-ayrı cəzalardan azad edilmiş, 1728 nəfərin isə cəzası azaldılıb.

AzVision.az



Teqlər: Amnistiya  





Xəbər lenti