Xəzərdə dalğanın hündürlüyü 3.8 metrə çatıb

Xəzərdə dalğanın hündürlüyü 3.8 metrə çatıb
  19 Yanvar 2022    Oxunub:269
Ölkə ərazisində faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a bildirilib ki, yanvarın 19-u saat 11:00-a olan məlumata əsasən, bəzi yerlərdə cənub-qərb küləyi güclü olub, küləyin maksimal sürəti bölgələrdə arabir 28 m/s, Abşeron yarımadasında 23 m/s, Abşeron Dəniz rayonunda isə 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb. Hal-hazırda külək zəifləyib.

Qar örtüyünün hündürlüyü, Ağdərədə (Ordubad) 30 sm, Qubada 20 sm, Qrızda 15 sm, Sarıbaşda (Qax) 13 sm, Lerikdə 9 sm, Altıagac, Xaltan 8 sm, Şahbuzda 6 sm, Naxçıvan, Daşkəsən, Göygöldə 4 sm, Qusarda 2 sm olub.

Havanın minimal temperaturu, bu gecə aran rayonlarında 4°-dək şaxta, dağlıq rayonlarda 3-8° şaxta, Naxçıvan MR-da 9-13° şaxta, Bakıda və Abşeron yarımadasında 2-4° isti olub.

AzVision.az

Teqlər: Xəzər   Hava  







Xəbər lenti