Sumqayıtda mediasiya asanlaşdı

Sumqayıtda mediasiya asanlaşdı
  19 Yanvar 2022    Oxunub:1563
Vətəndaş məmnunluğunun və mediasiya xidmətinin keyfiyyətinin artırılması məqsədilə Sumqayıt şəhəri üzrə ailə, əmək mübahisələrinə dair müraciətlər, həmçinin Sumqayıt Kommersiya Məhkəməsinin bütün inzibati ərazi yurisdiksiyasına aid olan kommersiya mübahisələrinə dair müraciətlər Bakı şəhərində fəaliyyət göstərən Mediasiya Təşkilatları tərəfindən qeydiyyata alınacaq və həmin təşkilatların üzvü olan Sumqayıt şəhərində fəaliyyət göstərən mediatorları vasitəsi ilə əlaqələndiriləcək.

Mediasiya Təşkilatları tərəfindən işlərin bölgüsü daima nəzarətdədir və ofislərdə müntəzəm monitorinqlər keçirilir. Mediasiya Təşkilatları tərəfindən həftəlik hesabatlar Şuraya təqdim edilir. Bu günədək Sumqayıt şəhərindən olan müraciətlər ərazi üzrə yalnız Mediaisya Şurası tərəfindən mediatorlar arasında bölünürdü. Bu isə müraciətlərin çoxluğu və tək ünvanda qəbul edilməsi səbəbindən sənəd dövriyyəsi sistemində müəyyən yubanmalara səbəb olurdu. Probelemləri həll etmək məqsədilə Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən yaxın ərazi anlayışı çərçivəsində Bakı şəhərində dövlət qeydiyyatına alınmış və göstərən Mediasiya Təşkilatları da müraciətlərin qəbulu, baxılması proseslərinə qoşulacaq. Beləliklə, Sumqayıt şəhəri üzrə ailə, əmək mübahisələrinə dair müraciətlər, həmçinin Sumqayıt Kommersiya Məhkəməsinin bütün inzibati ərazi yurisdiksiyasına aid olan kommersiya mübahisələrinə dair müraciətlər üzrə vətəndaşlar və təşkilatlar 19 yanvar 2022-ci ildən aşağıdakı Mediasiya Təşkilatlarına müraciət edə bilərlər: 1. Bakı 1 saylı Mediasiya Təşkilatı Rəhbər: Samir Babayev (+994 55 324 49 21) Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr. 96A e-mail: [email protected] tel: +994552482828 2. Bakı 2 saylı Mediasiya Təşkilatı Rəhbər: İlhamə Həsənova (+994506114990) Ünvan: Bakı şəhəri, Xan Şuşinski 158, Ev 72 F e-mail: [email protected] tel: +994705114990, +994506114990 3. Bakı 3 saylı Mediasiya Təşkilatı Rəhbər: Paşa Səfərov (+994 50 412 77 22) Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 78, korpus B, otaq 104-105 e-mail: [email protected] tel: +994502634446 4. Bakı 4 saylı Mediasiya Təşkilatı Rəhbər: Cabbar Həsənov (+994702441004) Ünvan: Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 5a, Life Centre, giriş 6, mərtəbə 2 e-mail: [email protected] tel: 0102151004 5. Bakı 5 saylı Mediasiya Təşkilatı Rəhbər: Taleh İbrahimov (+994 50 325 50 22) Ünvan: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10E, Rusel plaza, 6-7-ci mərtəbələr; e-mail: 5saylı[email protected]; [email protected] tel: +994553960017, +994773960017, +994503960017, 012-464-17-23 6. Bakı 6 saylı Mediasiya Təşkilatı Rəhbər: Tural Şahbazov (+994504971111) Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 309-cu məhəllə, World Business Centre, 5-ci mərtəbə, 1-ci otaq e-mail: [email protected] tel: +994504971111 Vətəndaş məmnunluğu, müraciətçilərin keyfiyyətli xidmətlə təmin edilməsi və məhkəməyə çatımlılığı Mediasiya Şurasının daimi diqqətindədir.


Teqlər: Mediasiya  







Xəbər lenti