Tərtərdə 16 yaşlı qız qaçırılıb

   Tərtərdə 16 yaşlı qız qaçırılıb
  19 Yanvar 2022    Oxunub:1983
Tərtər rayonunun Evoğlu kəndində, kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədovanın, Agdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılması ilə bağlı 19 yanvar tarixində Ailə,Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsinə məlumat daxil olub.
Qurumun mətbuat katibi Teymur Mərdənoğlu AzVision.az -a bildirib ki, Dövlət Komitəsi tərəfindən dərhal faktın araşdırılmasına başlanılıb. Bununla bağlı Dövlət Komitəsi tərəfindən Tərtər və Agdam rayon İcra hakimiyyətlərində fəaliyyət göstərən "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komisiya"ya məktubla müraciət edib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Qız-qaçırma  



Xəbər lenti