Qadını öldürüb yol kənarına atanlardan biri tutulub

Qadını öldürüb yol kənarına atanlardan biri tutulub
  19 Yanvar 2022    Oxunub:1023
Abşeron rayonunda 9 gün əvvəl qadını qətlə yetirərək yol kənarına atan şəxslərdən biri saxlanılıb.
Bu barədə DİN-dən AzVision.az -a daxil olan məlumatda bildirilib. Qeyd olunub ki, yanvarın 10-da Abşeron rayonu Fatmayı kəndi ərazisində əsas yoldan kənarda üzərində zorakılıq əlamətləri olan 30-35 yaşlarında naməlum qadın meyiti tapılıb. Məlumat daxil olan kimi dərhal polis və prokurorluq orqanlarının əmədaşları tərəfindən əraziyə baxış keçirilib. Qısa zamanda qətlə yetirilən şəxsin Cəlilabad rayon sakini Yenigül Rəhimova olduğu müəyyən edilib.

Abşeron Rayon Prokurorluğu, Abşeron Rayon Polis İdarəsi və Mehdiabad Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon Seymur Məmmədov saxlanılıb, həmin hadisədə iştirak edən daha bir nəfərin şəxsiyyəti isə dəqiqləşdirilib. Hazırda onun da saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Araşdırma zamanı müəyyən edilib ki, hadisə günü Seymur Məmmədov və tanışı paytaxtın Nizami rayonun kafelərdən birində işləyən tanışları Yenigül Rəhimova ilə görüşüblər. Onlar şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı avtomobildə qadını qətlə yetiriblər. Daha sonra həmin şəxslər izi itirmək məqsədi ilə meyiti Seymur Məmmədovun yaşadığı Fatmayı kəndinin yaxınlığına gətirərək orada atıblar.

Qeyd edək ki, Seymur Məmmədov və hadisədə iştirak edən digər şəxs əvvəllər dəfələrlə məhkum ediliblər. Onlar bir yerdə cəzaçəkmə müəssisəsində olan zaman tanış olublar. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zərurui istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: Qadın   Qətl  





Xəbər lenti