Şamaxı sakinindən silah və patronları götürülüb

Şamaxı sakinindən silah və patronları götürülüb
  19 Yanvar 2022    Oxunub:1327
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az - a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon sakini Azər Mənəfovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi və həmin silaha məxsus 3 ədəd patron götürülüb.

Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun barəsində qanunamüvafiq tədbir görülüb.

AzVision.az



Teqlər: Silah  



Xəbər lenti