Aİ səfiri Azərbaycan xalqına başsağlığı verib

   Aİ səfiri Azərbaycan xalqına başsağlığı verib
  20 Yanvar 2022    Oxunub:999
Avropa İttifaqının Bakıdakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə diplomat "Twitter" səhifəsində paylaşım edib.

“Avropa İttifaqının səfirləri Bakıdakı Şəhidlər xiyabanına gül dəstələri düzərək, “Qara Yanvar” faciəsi qurbanlarının xatirəsini yad ediblər. Həmin faciəli hadisələrin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram”, - diplomat qeyd edib.

AzVision.az



Teqlər:   20-Yanvar  





Xəbər lenti