Hollivud ulduzunu COVİD pasportu olmadığı üçün otelə buraxmadılar

Hollivud ulduzunu COVİD pasportu olmadığı üçün otelə buraxmadılar
  20 Yanvar 2022    Oxunub:1236
Məşhur amerikalı aktyor, rejissor və prodüser Con Malkoviç COVID-sertifikatının olmaması səbəbindən Venesiyada otelə buraxılmayıb. AzVision.az xəbər verir ki, bu barədə "il Messaggero" nəşri məlumat yayıb.
Bildirili ki, aktyor İtaliyaya Patrisiya Haysmitin romanları əsasında çəkilmiş kriminal triller - "Ripley" serialında çəkilmək üçün gəlibmiş.

Qəzetin yazdığına görə, Malkoviç üçün şəhərin mərkəzində yerləşən “Danieli” otelində Venesiya laqunasına mənzərəsi olan otaq sifariş olunub.

- Bununla belə, görkəmli qonağın COVID-sertifikatı yox imiş və rəhbərlik hətta ulduz aktyor üçün heç bir istisna halına yol verməyib. Qalmaqallı hadisədən sonra aktyor şəxsi evlərdən birində yaşamaq üçün mənzil tapıb.

Qeyd edək ki, Con Malkoviç dəfələrlə "Emmi", "Oskar" və "Qızıl Qlobus" kimi mükafatlara namizəd olub. Onun iştirakı ilə çəkilmiş ən məşhur filmlərdən "Əvəzetmə", "Günəş imperiyası", "Təhlükəli əlaqələr", "Siçanlar və insanlar haqqında", "Çempion", "Con Malkoviç olmaq"ın adlarını çəkmək olar. O, həmçinin “Yeni Papa”, “Səfillər”, “Napoleon”, “Milyardlar” seriallarında da rol alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor   Otel  





Xəbər lenti