"Seçki komissiyaları hər zaman hazır olmalıdır" - MSK sədri

   "Seçki komissiyaları hər zaman hazır olmalıdır" -    MSK sədri
  20 Yanvar 2022    Oxunub:516
"Seçki Məcəlləsinə əsasən, Dairə Seçki Komissiyaları 5 ildən bir yenidən formalaşdırılır. Artıq bu proseslər başa çatıb".
AzVision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, məntəqə seçki komissiyaları da yenidən formalaşdırılıb:

"Biz indi hazırlıq işləri aparırıq. Seçki komissiyaları hər zaman hazır olmalıdır. Biz o mərhələdəyik və onunla məşğuluq. Heç bir problem yoxdur".

Milli Məclisdə boş qalan deputat yerlərinə təkrar seçkinin nə zaman keçiriləcəyinə gəlincə M.Pənahov söyləyib:

"Niyə narahat olursuz? Seçki elan olunanda eşidəcəksiniz. Ondan sonra bir yerdə işləyəcəyik".

AzVision.az

Teqlər: Seçki  







Xəbər lenti