Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 189 faiz yerinə yetirib

Bu göstərici noyabr ayında 0,59 milyon barel/sutkaya bərabər idi.
Qeyd olunub ki, dekabr ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 189 faiz yerinə yetirib: "Noyabr və dekabr ayları üzrə hədəf göstərici hər bir ay üzrə 0,65 milyon barel/sutka təşkil etmişdi".
Qeyd edək ki, OPEC+ üzv ölkələrinin qəbul etdiyi qərara əsasən, Azərbaycanın fevral ayında neft hasilatının azaldılması üzrə öhdəliyi 50 min barel, gündəlik hasilat isə sutkada 7 min barel artırılaraq 668 min barel/sutka təşkil etməlidir.
AzVision.az
Teqlər: Neft