PA rəsmisi: “Yeni regional dəhlizlər şəbəkəsi sülhün qarantı olacaq”
"Əgər 2020-ci ilin Şanlı Zəfərimizin tarixə yazıldığı il, Azərbaycan xalqının Zəfər salnaməsinin başlanğıc ili idisə, 2021-ci ilin bu Zəfərin nəticələrinin bütün dünya tərəfindən qəbul edilməsi ili olduğunu qeyd edən S.Yusifova Zəfərimizin hərbi, siyasi-diplomatik nəticələri ilə yanaşı, mühüm iqtisadi nəticələri olduğunu diqqətə çatdırıb: “3+3” formatında kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması Azərbaycanın açıq dənizlərə çıxışını təmin edəcək, Naxçıvanla nəqliyyat əlaqələrinin bərpası Türk dünyasını birləşdirəcək və nəticədə ölkəmizin regional perspektivlərini və meqaregionda əhəmiyyətini yaxın 10 illiklər üçün daha da artıracaq. Yaranmaqda olan yeni regional dəhlizlər şəbəkəsi sülhün qarantı olmaqla, Azərbaycanın bu sahədəki imkanlarını diversifikasiya etməyə imkan verəcək, iqtisadi gücünü, ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə yüksəldəcək, regionun geo-iqtisadi xəritəsini dəyişəcək”.
O qeyd edib ki, bu fundamental dəyişikliklər Azərbaycanın yeni inkişaf paradiqmasını şərtləndirir: “Qalib dövlətin dəyişən dünyanın bütün çağırışlarına hazır olması, qalib xalqın köhnə-yeni coğrafiyada yenidən özünə baxışı və yeni ideoloji əsaslarının müəyyən edilməsi, Vətən müharibəsinin və onun nəticələrinin doğurduğu özgüvənin kapitalizasiyası, başqa sözlə, regionda və dünyada mövqeyimizin möhkəmləndirilməsi, günəş altında öz yerimizin tapılması, sadəcə dünya qaydasına yazılmaq yox, dünya qaydalarını yazmaq imkanlarına əltaçatlığın təmin edilməsi hazırda və yaxın gələcəkdə bizim üçün önəm kəsb edəcək”.
Azərbaycan xalqının yazdığı bu Zəfər Salnaməsini tarix heç vaxt unutmayacağını vurğulayan S.Yusifova bildirib ki, xalqın üzərinə düşən missiya bu Zəfər salnaməsini yazıya və lentə almaqla gələcək nəsillərə çatdırmaq, hər şeyi ilkin mənbədən, olduğu kimi, təhrif olunmadan dünyaya çatdırmaqdır: “Ensiklopedik formatda, 3 dildə fəaliyyəti nəzərdə tutulan Zəfər portalının missiyası məhz buna hədəflənib”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Azərbaycan Region