18 min nəfərin pensiyası əksik ödənilib

   18 min nəfərin pensiyası əksik ödənilib
  21 Yanvar 2022    Oxunub:587
“Ötən il ərizində 18 min nəfərin pensiyasında əksik ödəmə aşkarlanıb. Bu da illik 6 milyon manata yaxın məbləğdir”.
AzVision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib. Onun sözlərinə görə, vətəndaşın xəbəri olmadan pensiya yenidən hesablanaraq həmin əksik məbləğ kartlara köçürülüb. Mail Məmmədov pensiyaya vaxtından əvvəl çıxmaq istəyən şəxslərə müraciət edib.

“Bəzən vətəndaşlar hesab edirlər ki, yaşları tamam olubsa, onlara avtomatik qaydada əmək pensiyası təyin edilməlidir. Ancaq bu, belə deyil. "Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiya kapitalı yığılarsa, avtomatik qaydada pensiya təyinatı olur. Əgər vətəndaş hesab edirsə ki, onun həmin dövrlər ərzində pensiya kapitalı varsa, 25 il və daha çox sığorta stajı varsa, qəbul şöbələrinə, DOST mərkəzlərinə müvafiq sənədlərlə müraciət edə bilər. Ona pensiya çıxmaq hüququnun olub-olmaması araşdırılaraq məlumat veriləcək", - o qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Pensiya  





Xəbər lenti