Mustafa Şentop Dubayda Azərbaycan pavilyonunu ziyarət edib

Mustafa Şentop Dubayda Azərbaycan pavilyonunu ziyarət edib
  21 Yanvar 2022    Oxunub:699
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, eləcə də bu ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli Birləşmiş Ərəb Əmirliklərinə səfərləri çərçivəsində “Dubay Ekspo 2020” ümumdünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan Azərbaycan pavilyonuna baş çəkiblər.
AzVision.az xəbər verir ki, milli pavilyonla tanış olan Mustafa Şentop xatirə kitabına ürək sözlərini yazaraq deyib: “Dubayda keçirilən “Ekspo 2020” sərgisində Azərbaycan pavilyonunun qonağı olmaqdan şərəf duyuram. Pavilyonun Can Azərbaycanın tanıdılmasına və ticarət əlaqələrinin qurulmasına töhfə verəcəyinə ümid edirəm”.

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli də milli pavilyonda sərgilənən eksponatlarla tanış olub.

“Qardaş Azərbaycanın öz mədəniyyətini, tarixini və məhsullarını ən yaxşı şəkildə sərgilədiyinin sevinclə şahidi oldum. Ümid edirəm ki, pavilyon Azərbaycanın tanıdılmasına, ticarət əlaqələrinin qurulmasına və gücləndirilməsinə kömək olacaq”, - deyə nazir bildirib.

AzVision.az


Teqlər: Türkiyə   Dubay  





Xəbər lenti