Yasamalda daha 8 narkotacir saxlanılıb
Həyata keçirilən digər əməliyyat zamanı Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fuad Əlizadə, Elvin Mustafayev, Xəyal Hüseynzadə, Elnur Heydərov, Vahid Şirinzadə, Hüseyn Məmmədov və Tayyib Almyaşev tutulublar. Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Onların hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. "Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir, - məlumatda qeyd olunub.
AzVision.az
Teqlər: Yasamal