Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı
  21 Yanvar 2022    Oxunub:708
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, bir gündə 8 471 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 722, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 773, buster doza üzrə vaksinasiya olunanların sayı isə 6 976 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 765 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 209 461, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 724 359, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 831 217 təşkil edir.

AzVision.az



Teqlər: Peyvənd  





Xəbər lenti