Əmlak vergisi üzrə vergitutma bazası genişləndirilir
Lakin hüquqi şəxslərdən fərqli olaraq, fərdi sahibkarlar balanslarında olan daşınar əsas vəsaitlərə görə əmlak vergisinin ödəyicisi deyillər. Vergi Məcəlləsində edilmiş son dəyişikliklə fərdi sahibkarlarla hüquqi şəxslərin əmlak vergisi üzrə vergitutma obyektlərinin bərabərləşdirilməsi nəzərdə tutulub.
Belə ki, 2022-ci il yanvarın 1-dən etibarən fərdi sahibkarlar balanslarında olan daşınar əsas vəsaitlərə (sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri istisna olmaqla) görə əmlak vergisini hesablayaraq dövlət büdcəsinə ödəməlidirlər. Fərdi sahibkarlar tərəfindən əmlak vergisinin hesablanması, bəyan edilməsi, ödənilməsi, o cümlədən cari vergilərin ödənilməsi, hesabatın təqdim edilməsi, habelə müvafiq vergi güzəştlərindən istifadə olunması hüquqi şəxslər üçün müəyyən edilmiş ümumi qaydada yerinə yetiriləcək. Bunun üçün hər hansı digər əlavə rejim tətbiq olunmur.
AzVision.az
Teqlər: Vergi