Bu il 3 ömürlük məhkumun cəzası dəyişdirilib

   Bu il 3 ömürlük məhkumun cəzası dəyişdirilib
  21 Yanvar 2022    Oxunub:682
2021-ci il 18 mart tarixli, 625 məhkuma şamil olunan Əfv Sərəncamı vaxtında və qüsursuz icra edilib.
AzVision.az xəbər verir ki, bunu Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsində 2021-ci ildəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında əməliyyat müşavirəsi zamanı deyib.

O bidlrib ki, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 425 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olunub, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.

AzVision.az


Teqlər: Həbs   Ömürlük  





Xəbər lenti