Milli Hematologiya və Transfuziologiya Mərkəzinə yeni dərmanlar verildi

Milli Hematologiya və Transfuziologiya Mərkəzinə yeni dərmanlar verildi
  21 Yanvar 2022    Oxunub:323
Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Milli Hematologiya və Transfuziologiya Mərkəzinə qan xərçəngindən əziyyət çəkən xəstələr üçün 20 adda dəyəri yüksək və ən çox tələb olunan dərman preparatları təhvil verilib. Beləliklə, mərkəzə verilən dərmanların sayı 38-ə çatıb.
Qurumdan AzVision.az -a verilən məlumata görə, dərman preparatlarının təminatı “Qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” (Tədbirlər Proqramı) çərçivəsində həyata keçirilir.

Tədbirlər Proqramına dair dərman vasitələrinin təminatı Agentlik tərəfindən keçirilmiş açıq tenderlərin nəticələrinə uyğun olaraq həyata keçirilib.


AzVision.az

Teqlər: Dərman  







Xəbər lenti