Teymur Rəcəbov evləndi - Fotolar

   Teymur Rəcəbov evləndi -    Fotolar
  21 Yanvar 2022    Oxunub:1469
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə evlənib.
AzVision.az xəbər verir ki, şahmatçı "İnstaqram" səhifəsində nikah mərasimindən fotolar paylaşaraq "I love you" sözlərini yazıb.

Qeyd edək ki, cütlük ötən ilin noyabrında nişanlanmışdı.

T.Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub. Cütlük bir müddət əvvəl isə boşanıb. Onların bu evlilikdən Məryəm adlı qızı var.

Elnarə Nəsirli SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.




AzVision.az


Teqlər: Nikah  





Xəbər lenti