Ukrayna ilk dəfə "Bayraktar"dan döyüş əməliyyatında istifadə edib- VİDEO |
Adının açıqlanmasını istəməyən hərbi mütəxəssis isə maraqlı bir fakta diqqət çəkib. Məsələ ondan ibarətdir ki, təyyarənin identifikasiya kodu saxtadır və onun əslində Fransa hərbi helikopteri olduğunu göstərib. Bəzi informasiyalar isə göstərilməyib. Lakin uçuş sürəti məlum olub- saatda 160 kilometr. Analitiklər əmindirlər ki, "Bayraktar" pilotsuz uçan aparatı belə bir uçuş sürətinə çata bilir ,- məqalədə yazılıb.
Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə yaranmış gərginlik pik həddə çatıb. Ukrayna ilə sərhəddə yaxın ərazilərdə 100 mindən çox qoşun toplayan Moskva qonşusunu işğal etmək fikrində olmadığını bəyan etsə də, NATO ölkələri Avropanı müharibənin bir addımlığında olduğunu, Kremlin isə tezliklə Kiyevə müharibə elan edəcəyini deyir.
Tural Tağıyev
AzVision.az